Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Telefonumuzda elə tətbiqlər var ki, bəlkə də xəbərimiz olmadan kameramıza, mikrofonumuza, kontaktlarımıza və hətta harada olduğumuza qədər məlumat əldə edə bilir.
Üstəlik, bəzən sadəcə bir şəkil düzəltmək və ya oyun oynamaq üçün yüklədiyimiz tətbiqlərə lazım olduğundan daha çox icazə veririk.
“Yeni Sabah”a danışan İKT məsələləri üzrə ekspert Vahid Qasımov telefonlardakı tətbiq icazələrini mütəmadi yoxlamağı tövsiyə edib: Toyuqlu pizza
“Telefonda hər bir tətbiqin hansı məlumatlardan istifadə olunduğunu Settings (Ayarlar)-ın Apps (Tətbiqlar) bölməsinin Permissions (Səlahiyyətlər) qismində görmək və onları idarə etmək (söndürüb-yandırmaq) mümkündür.
Tətbiqlərin telefon istifadəçilərini dinləmək məsələsini yəqin ki əfsanə və şayiələrə aid etmək mümkündür, amma elə bir imkan mövcuddur. Əgər ki, telefonda süni intellekt köməkçisinin (Siri, Gemini, Bixby, Copilot v.s.) xidməti söndürülməyibsə, onlarda, əlbəttə ki, səsli komandaların qəbul etmə rejimi açıqdır”.
V.Qasımov şəxsi məlumatların oğurlanması ehtimalına da toxunub:
“Hər hansı bir tətbiq şəxsi məlumatları oğurlasa, bu çox böyük bir skandala səbəb ola bilər. Tətbiq sahibləri onun sayəsində qazancını itirə bilərlər, buna görə, şəxsi məlumat oğurluğu çox inandırıcı deyil. Amma texniki olaraq elə bir ehtimal mövcuddur.
Telefonu yox, özünüzü qorumaq üçün, ilk növbədə, şəxsi və məxfi məlumatları telefonda və buludda saxlamamaq lazımdır. Gizli həyatınız olmasa, onun oğurlanmasının dərdini də çəkməzsiniz.
İkincisi də ki, hər hansı bir məhsulun / xidmətin sırf sizə görə super endirimli / pulsuz olduğuna inanıb, qarşınıza çıxan analoqu olmayan təkliflərə aldanmayın, onda telefonunuz təhlükəsiz vəziyyətdə olacaq”.