Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Smartfonun dinlənildiyini və ya kənar müdaxiləyə məruz qaldığını göstərən bir neçə əsas əlamət var. Kibertəhlükəsizlik mütəxəssisləri cihazda baş verən qəfil dəyişikliklərə qarşı diqqətli olmağı tövsiyə edirlər.
Telefonun enerjisinin sürətlə tükənməsi və cihazdan istifadə etmədiyiniz halda belə onun həddindən artıq isinməsi şübhə doğuran ilk məqamlardır. Həmçinin sistemin yavaşlaması, smartfonun öz-özünə sönüb yanması və internet trafikinin səbəbsiz yerə artması gizli proqramların işlədiyinə işarə ola bilər. Danışıq zamanı eşidilən qəribə küylər və ya mənasız simvollardan ibarət mesajlar da təhlükə siqnalıdır.
Təhlükəsizliyi təmin etmək üçün xüsusi servis kodları ilə zəng yönləndirmə funksiyasını yoxlamaq olar. Əgər məlumatlar başqa nömrəyə ötürülürsə, bu yolla prosesi dayandırmaq mümkündür. Mütəxəssislər tətbiqləri yalnız rəsmi mağazalardan yükləməyi, şübhəli linklərə keçid etməməyi və proqramlara verilən icazələrə nəzarət etməyi tapşırırlar. Şəxsi yazışmalar üçün isə güclü şifrələmə sistemi olan messencerlərdən istifadə daha etibarlıdır.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Telefonun enerjisinin sürətlə tükənməsi və cihazdan istifadə etmədiyiniz halda belə onun həddindən artıq isinməsi şübhə doğuran ilk məqamlardır. Həmçinin sistemin yavaşlaması, smartfonun öz-özünə sönüb yanması və internet trafikinin səbəbsiz yerə artması gizli proqramların işlədiyinə işarə ola bilər. Danışıq zamanı eşidilən qəribə küylər və ya mənasız simvollardan ibarət mesajlar da təhlükə siqnalıdır.