Telegram 1 milyard istifadəçisinin şərəfinə Dubayda dron şousu təşkil etdi

02.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Telegram" messencerinin ay ərzində 1 milyard aktiv istifadəçiyə çatmasını qeyd etmək üçün Dubayda möhtəşəm dron şousu keçirilib.

Oxu.Az-ın xəbərinə görə, möhtəşəm performansın videosunu onlayn platformanın yaradıcısı Pavel Durov "Telegram" hesabında paylaşıb.

Şouya 1600-ə yaxın dron cəlb edilib.

"Dubay səması heç vaxt indiki qədər gözəl görünməmişdi!" - deyə Durov videoya şərh verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью