“Telegram” akkauntların dondurulmasını tətbiq edəcək

17.03.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

“Telegram” akkauntların dondurulmasını tətbiq edəcək


“Telegram” platformanın qaydalarını pozan hesablar (akkauntlar) üçün sanksiyalar tətbiq etməyi planlaşdırır. Oxuməni.az “Durov Code” nəşrinə istinadla bildirir ki, bu hesablar dondurulacaq.
Mütəxəssislər macOS üçün tətbiqin beta versiyasını öyrəniblər və kodda yeni funksiya aşkar ediblər: qaydanı pozanların hesabları “Yalnız oxumaq üçün” rejiminə keçəcək. Bu, istifadəçilərə mesaj göndərmək və ya kontentlə əlaqə saxlamaq hüququ olmadan messencerə girişi müvəqqəti saxlamağa imkan verəcək.
Bloklamaya xüsusi bot vasitəsilə müraciət etmək mümkün olacaq, lakin bu, müəyyən edilmiş müddətdə edilməsə, hesab həmişəlik silinəcək.
“Telegram” bu dəyişiklikləri hələ rəsmi olaraq elan etməyib.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью