Telegram da artan dələduzluq halları araşdırılır

04.09.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb. 

Mia.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. 

Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir.

İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью