Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Telegram"ın həmtəsisçisi Nikolay Durov ata olub.
Bakıvaxtı.az "Baza" nəşrinə istinadən xəbər verir ki, Durovun həyat yoldaşı Çelyabinskdən olan 34 yaşlı Aleksandra adlı xanımdır.
Nikah Dubaydakı Rusiyanın Baş Konsulluğunda qeydə alınıb.
Nikolay Durov "Telegram"ın yaradıcılarından biri kimi tanınır. O, qardaşı Pavel Durovla birlikdə bu layihənin texniki hissəsinin əsasını qoyub. Uzun illər ictimaiyyətdən uzaq qalan Nikolay Durov şəxsi həyatı ilə bağlı demək olar ki, heç vaxt açıqlama verməyib.
Onun ata olması xəbəri sosial şəbəkələrdə böyük maraq doğurub.
Gülşən Şərif