Telegram istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR | Icma.az
Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Telegram istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR "Telegram" messencerində istifadəçiləri süni intellekt dəstəyi və digər funksiyalarla bağlı yeniliklər gözləyir.
BAKU.WS xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat paylaşılıb.
Əsas yeniliklər bunlar olacaq: Süni intellektlə stiker axtarışı Yeniləmənin diqqətçəkən xüsusiyyəti süni intellektin dəstəyi ilə mürəkkəb sorğular əsasında stikerləri axtarmaq imkanıdır.
İstifadəçilər "pişik qəhvə içir" kimi ifadələr daxil edərək, 40 mindən çox rəsmi "Telegram" stikerləri arasında uyğun nəticələri dərhal əldə edə biləcəklər.
Bu funksiya bir çox dili dəstəkləyir. "Telegram Premium" istifadəçiləri isə emojiləri də süni intelleklə axtara bilərlər.
"Hekayələrdə" kollaj yaratma İndi istifadəçilər hekayələr bölməsində altı foto və ya videonu birləşdirərək kollajlar hazırlaya bilərlər.
Media faylları qalereyadan və ya kameradan əlavə etmək, maketi seçmək, fraqmentlərin yerlərini dəyişdirmək və ya silmək mümkündür.
Tam oxu
Xəbəri oxu