Telegram növbəti dəfə cərimələndi Bu dəfə 6 milyon

18.12.2025

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva məhkəməsi Telegram-ı 6 milyon rubl məbləğində cərimələyib.

BAKU.WS xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, şirkət sosial şəbəkə sahibinin kütləvi informasiya vasitələri, kommunikasiya, informasiya texnologiyaları və rabitə sahəsinə nəzarəti həyata keçirən federal icra hakimiyyəti orqanının göstərişini yerinə yetirməməkdə təqsirli bilinib.

Oktyabr ayında Moskvanın Taqanski rayon Məhkəməsi Telegram Messenger Inc.-i inzibati xətaya görə məsuliyyətə cəlb etmişdi və şirkətə 7 milyon rubl cərimə kəsilmişdi.

Sentyabrda isə eyni məhkəmə Telegram Messenger Inc.-i qadağan olunmuş məlumatları silmədiyinə görə cərimələmişdi. O vaxt cərimənin məbləği 3,5 milyon rubl təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью