Telegrama 4 milyonlu CƏRİMƏ KƏSİLDİ Bunu etmədiyinə görə...

04.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Moskvanın Taqanski Məhkəməsi "Telegram" messencerini qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "RİA Novosti" hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, məhkəmə "Telegram Messanger Inc"i inzibati xəta törətməkdə təqsirli bilib. Protokol qadağan olunmuş məlumatların silinməsinin rədd edilməsi üçün tərtib edilib, lakin hansı məlumatların olduğu göstərilməyib.

Noyabrın 25-də Moskvanın Taqanski Məhkəməsi oxşar ittihamla "Telegram"ı 7 milyon rubl cərimələyib.(publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью