Telegramda vətəndaşlara saxta iş təklifləri gəlir XƏBƏRDARLIQ | Icma.az
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə "Telegram" vasitəsilə "Temu 1106" adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.Bildirilir ki, "Temu iş təklifi" adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.Dələduzlar vətəndaşlara "ev şəraitində onlayn qazanc", "asan iş", "sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir" kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər fərdi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu