Telegramda yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ | Icma.az
Shownews saytından alınan məlumata görə, Icma.az bildirir. "Telegram" messencerinin istifadəçiləri dələduzlar tərəfindən yeni fırıldaq növü
BAKU.WS-in məlumatına görə, dələduzlar bəzi ölkələrdə zərərli proqram təminatını foto adı altında insanlara göndərməyə başlayıblar.
Kibercinayətkarlar insanları tələyə salmaq üçün real şəxslərə məxsus şəkillərdən istifadə edirlər.
Belə ki, istifadəçilərə göndərilən mesajda "Salam, şəkildəki şəxs sənsən?"-deyə sual yazırlar.
Göndərilən şəkilə baxmaq üçün həmin fayla daxil olmaq istifadəçilərin şəxsi məlumatlarının ələ keçməsi ilə nəticələnir.
Bundan əlavə istifadəçilərə "Telegram" hesabınız tezliklə silinəcək" adlı mesajlar da göndərilir.
Bu sxemdə istifadəçiyə guya "Telegram" tətbiqinin texniki dəstəyindən mesaj gəlir və hesabın silinməməsi üçün SMS kod tələb olunur.
Daha sonra fırıldaqçılar saxta "Telegram", "Gosuslugi" və ya başqa sayt linkini göndərirlər.
Tam oxu
Xəbəri oxu