Telekanallara “YouTube” da baxılır? Abunə SİYAHISI

15.07.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Telekanallar arasında ciddi rəqabət yaşanır. 

Hər kanal digərindən daha çox reytinq toplamağa və izləyicilərin marağını çəkməyə çalışır. Son illər bu rəqabət sosial şəbəkələrə də sıçrayıb. 

Artıq telekanallar sosial şəbəkələrdə də bir-birini qabaqlamaq, operativ və maraqlı məzmunla bu platformalarda da izləyicilərini artırmaq üçün addım atırlar. Bu rəqabət xüsusən də “YouTube” platformasında daha çox hiss olunur. 

Maraqlıdır, telekanalların “YouTube”-da nə qədər abunəçisi var? 

“Cebheinfo.az” bununla bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsi isə aşağıdakı kimidir: 

1. “Xəzər TV” – 1,93 milyon abunə 
2. “İctimai” – 1,47 milyon abunə 
3. “CBC TV” – 1,32 milyon abunə 
4. “Baku TV” – 1,29 milyon abunə 
5. “ATV” – 1,16 milyon abunə 
6. “AzTV” – 557 min abunə 
7. “CBC Sport” – 494 min abunə 
8. “APA TV” – 385 min abunə 
9. “Space TV” – 307 min abunə 
10. “Real TV” – 220 min abunə 
11. “İdman TV” – 145 min abunə 
12 .“Mədəniyyət TV” – 75,1 min abunə 
13. “ARB 24” – 71,5 min abunə 
14. “MTV” – 18,2 min abunə 
15. “ARB Günəş” – 6,83 min abunə. 

Məlumat üçün bildirək ki,  bəzi telekanalların “YouTube”da bir çox kanalı olduğu üçün əsas və ən yüksək abunəli hesabı siyahıya daxil edilib. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью