Telekanalların populyar etdiyi İlhamə həbsdə qaldı

13.08.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anası Almaz Əskərova şahid kimi ifadə verməsi ilə bağlı müdafiə tərəfi vəsatət təqdim edib. Hakim vəsatətin natamam olmasını bildirərək onun yenidən tamamlanaraq təqdim edilməsini istəyib.

Vəkil müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti yenidən təqdim etsə də, məhkəmə onun əsassız olduğunu bildirib və təmin etməyib.

Sentyabrın 3-nə təyin edilən növbəti prosesdə təqsirləndirilənin anasının ifadəsi gözlənilir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью