Telekommunikasiya qovşağının rəisi İŞDƏN çıxarıldı

30.05.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC Xaçmazda kadr dəyişikliyi edib.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, Xaçmaz Telekommunikasiya qovşağının rəisi Azim Davudov bu gün vəzifəsindən azad olunub. Aztelekom MMC-nin sədri Həsən Ömərovun əmri ilə bu posta Aztelekom MMC-nin Şimal Regional filialının texniki direktoru Rasim Dərgahquliyev gətirilib. 

O, qarşıdakı həftənin ilk iş günü yeni vəzifəsinə başlayacaq.

Qeyd edək ki, bir müddət öncə Qusar Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov da vəzifəsindən kənarlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью