Teleqraf: Rusiya Donbasın “icarəsi” üçün Ukraynaya pul ödəyəcək

20.11.2025

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın hazırladığı sülh planı Ukraynanın “öz ərazisinin bir hissəsini Rusiyaya icarəyə verməyə məcbur ola biləcəyini” nəzərdə tutur.

Tribunainfo.az-ın xəbərinə görə, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşr yazır ki, Kiyev Donbasa nəzarəti “verəcək”, lakin Moskva “regiona faktiki nəzarətə görə icarə haqqı ödəyəcək”.

Qəzetin məlumatına görə, ABŞ administrasiyasının razılaşması Ukraynanın Donbasın “qanuni mülkiyyətini saxlayacağını” şərtləndirir. Ərazi müqabilində Moskva “Ukraynanın öz torpaqlarına çıxışını itirməsi səbəbindən məruz qaldığı maliyyə itkilərini kompensasiya etmək üçün çox güman ki, torpaq vergisi ödəməli olacaq”. “Kirayə haqqı”nın məbləği dəqiqləşdirilməyib.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью