Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Ukrayna və Rusiya sülh danışıqları aparırlar, amma buna razılıq yoxdur: “Rusiya Ukrayna ərazilərini istəyir, Ukrayna da öz ərazilərini Rusiyaya vermək istəmir”.
Əli Mustafa
Politoloq vurğulayıb ki, sülh nə qədər tez olsa, o qədər yaxşıdır: “Təəssüf ki, sülh hələlik real deyil. Çünki tərəflər ən vacib məsələlərdə anlaşa bilmirlər. Tramp təzyiq etsə də, Ukraynanı əraziləri verməyə vadar edə bilmir. Eyni zamanda onun tələbləri və yaxud təkidləri Rusiyanı Ukrayna ərazilərindən geri çəkilməyə məcbur edə bilmir. Bir məsələni də qeyd edim ki, bu atəşkəs məsələsinə, ümumiyyətlə Rusiya isti yanaşımır. Rusiya hesab edir ki, öncə fundamental razılıq olmalıdır. Bundan sonra müharibə dayanmalıdır. Əks halda atəşkəsdən söhbət gedə bilməz. Hazırda tələsən atəşkəs belə, məncə, Ukrayna üçün daha yaxşıdır. Gecikən sülh də ola bilsin, Rusiya üçün məqbuldur. Çünki Rusiya düşünür ki, zaman keçdikcə yeni ərazilər işğal edir”.
İradə Cəlil, Bizimyol.info