Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Binəqədi qəsəbəsi, Teksan küçəsində qayda pozan bir neçə sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 5-də saat 14:52 radələrində qeydə alınıb. Belə ki, 77-DL-789 dövlət nömrə nişanlı “Mitsubishi” markalı, 90-UN-928 “Lada Priora” markalı, 99-LQ-081 dövlət nömrə nişanlı “Changan” markalı və 77-DH-959 dövlət nömrə nişanlı “BYD” markalı avtomobillərin sürücüləri işıqforun qırmızı işığında dayanmayaraq əks istiqamətli yola çıxıblar.
Nəticədə həmin sürücülər qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradıblar və onların hərəkətini məhdudlaşdırıblar. Görüntünü qeydə alan avtomobilin sürücüsü hətta qayda pozanlardan birinə irad da bildirib. Qarşı tərəf isə tələsdiyini əsas gətirərək hərəkətinə bəraət qazandırmağa çalışıb.
Nərmin