Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Parlament prospekti ilə Hüseyn Cavid küçəsinin kəsişməsində qayda pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 5-də saat 13:53 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 53 saylı marşrut xətti üzrə hərəkət edən 10-TG-743 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus və 99-KH-020 dövlət nömrə nişanlı “Jeep” markalı avtomobil təhlükəsizlik adacığının üzərinə çıxaraq nişanlanma xəttinin tələbini pozublar. Bu zaman onlar görüntünü qeydə alan sürücüyə qəza təhlükəsi yaradıblar.
Nərmin