Tələsik tərəfdaşlıq sazişi | Icma.az
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. Trampın inauqurasiyasına üç gün qalmış “Tehran-Moskva müttəfiqliyi” nə deməkdir?
İran prezidenti Məsud Pezeşkian Rusiyaya rəsmi səfərə gedib.
Moskvanın Vnukovo-2 hava limanında təyyarədən enərkən İran prezidentini Rusiyanın energetika naziri Sergey Tsivilevin başçılıq etdiyi nümayəndə heyəti qarşılayıb.
Nümayəndə heyətinin tərkibinə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və Dövlət Protokolu Departamentinin direktoru İqor Boqdaşev də daxil olub.
Səfər zamanı Məsud Pezeşkian və prezident Vladimir Putin arasında danışıqlar və sonra Moskva ilə Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanacaq.
Trampın andiçmə mərasiminə üç gün qalmış Rusiya və İranın tərəfdaşlıq sazişinin imzalanması ABŞ-a açıq siqnaldır.
Bu onu göstərir ki, tarixi rəqabətə baxmayaraq, Moskva və Tehran Qərbin sanksiyaları və hərbi təcavüzü fonunda güclü əməkdaşlıq siyasəti yürüdürlər.
Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin İran prezidenti Məsud Pezeşkianın Rusiyaya rəsmi səfəri zamanı imzalanacaq.
Tam oxu
Xəbəri oxu