Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. Yemək yeyəndə hər tikəni yaxşı çeynəmək lazımdır.
Bu sadə qayda bizi bir çox pozulmalardan qoruya bilər. Araşdırmalar göstərir ki, tələsik yemək bəzi xəstəliklərin riskini artırır.
Saglamolun.az sizə bu xəstəliklərin siyahısını təqdim edir: - Şəkərli diabet Litva alimləri araşdırma zamanı aşkar ediblər ki, tələsik yeyən insanlarda 2-ci tip şəkərli diabetin riski bir neçə dəfə artırır.
Tez-tez yemək yeyən insanlar adətən lazım olandan daha çox yeyir ki, bu da çəkinin artmasına səbəb olur.
Artıq çəki və piylənmə şəkərli diabetin əsas səbəblərindən biri sayılır.
Digər tərəfdən tez-tez yemək yeyəndə qanda şəkərin səviyyəsi kəskin qalxır ki, bu insulin rezistentliyinə səbəb ola bilər.
- Ürək xəstəlikləri Tez-tez yemək yeyən insanlarda metabolik sindromun riski artmış olur.
Metabolik sindrom ürək-damar xəstəliklərinin və insultun əsas səbəbi sayılır.