Tələsirəm deyən sürücü qəza törədib qaçdı VİDEO

23.09.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda manevr qaydasını pozan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 10-da paytaxtın 28 May küçəsində qeydə alınıb. Belə ki, 10-MY-881 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü öz zolağından çıxaraq görüntünü qeydə alan avtomobili sıxışdırıb. Bu zaman onun avtomobilini sürtərək qəzaya səbəb olub. İrad bildirilən zaman isə tələsirəm deyərək oradan uzaqlaşıb. Zərərçəkmiş sürücü bildirir ki, həmin vaxt onun avtomobilinin vurulmasından xəbərsiz olub. Mənzil başına çatdıqdan sonra məlum olub ki, qaydanı pozan avtomobilin sürücüsü onun maşınına toxunaraq maddi ziyana səbəb olub.

Fərid

bax.tvhttps://player.bax.tv/embed/227202.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью