Teleşou ulduzu 28 ci mərtəbədən yıxıldı və…

23.07.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin “The Americans” (Amerikalılar) teleşousunun ulduzu Yakir Levi ABŞ-də hotelin damından yıxılıb.

Ölkə.az “New York Post”a istinadən bildirir ki, hadisə Florida ştatının Sanni Ayls Biç şəhərindəki oteldə baş verib.

İlkin məlumata görə, 45 yaşlı Y.Levi 28-ci mərtəbədən yıxılaraq ölüb. O, İsraildə dəfn ediləcək.

Yakir Levi İsraildə anadan olub və daha sonra ABŞ-yə köçüb. Orada təbii fəlakətlərdən zərərçəkən binaları bərpa edən bir biznes qurub. 2025-ci ildə sahibkar “Channel 13”-də yayımlanan “Amerikalılar” verilişində iştirak edib. Həmin proqramda Birləşmiş Ştatlarda böyük uğurlar qazanan israilli mühacirlər haqqında danışılır. Y.Levi ABŞ-yə cibində 300 dollarla gəldiyini, lakin sonda bu pulu milyonlarla dollara çevirdiyi ilə öyünüb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью