TelƏvivdə hərbi hədəfə hücum olunub

16.12.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Tel-Əvivdəki hərbi hədəfə hipersəs raketi ilə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya teleqram kanalında məlumat verib.

“Yəmən silahlı qüvvələri Yaffa bölgəsində İsrailin hərbi hədəfinə Fələstin-2 ballistik hipersəs raketi ilə hücum edib”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью