Televiziya karyerasına son qoydu

14.02.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb.  

“Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm" deyə, o, paylaşımında yazıb.  

İ.Rza layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib. 

Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью