Televiziya uşaqlarda hansı problemlərə yol açır? Pediatrdan valideynlərə ÇAĞIRIŞ

04.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bəzən azyaşlı uşaqların televiziya izləmə müddətinin çox olduğunu müşahidə edirik.

Bəs bu proses necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Pediatriya Cəmiyyətinin həqiqi üzvü, 5 saylı Uşaq Poliklinikasının Pediatriya şöbəsinin müdiri Mahirə Tahir qızı Eyniyeva bildirdi ki, televiziya informasiya mənbəyi olsa da, azyaşlı uşaqlar üçün zərərləri çoxdur:

"Çox televiziya izləyən uşaqlarda bir sıra problemlər müşahidə olunur. Başqalarının çəkdikləri əzaba və ya çətinliklərə qarşı laqeyd münasibət, ətraflarına və müxtəlif hadisələrə qarşı səbəbsiz qorxu, başqalarına qarşı zərərverici davranışlar və ya buna meyillilik və s. Eyni zamanda davamlı olaraq televiziya qarşısında oturduğu üçün uşaqlarda çəki artması da müşahidə olunur".

Müsahibimiz vurğuladı ki, çıxış yolları var və bunlara əməl etmək lazımdır:

“Həm pediatrlar, həm də psixoloqlar valideynlərə kiçik məsləhətlər verməklə problemi yüngülləşdirməyə çalışırlar. İlk olaraq uşaqların televiziya izləmə saatlarını məhdudlaşdırmaq lazımdır. Onlar üçün yaşlarına uyğun proqramlar seçilməli, mümkün olduqca uşaqlardan əvvəl həmin proqramlar izlənilməlidir. Ailəlikcə televiziya izləməyi vərdişə çevirmək lazımdır. Eyni zamanda uşaqlarla bərabər, uşaqların verdikləri sualları cavablandırmaq lazımdır.”

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью