“Televiziyada dil siyasəti gücləndirilməlidir” DEPUTAT DANIŞDI

03.02.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Televiziyada dil siyasəti institusional səviyyədə gücləndirilməlidir”.

Gununsesi.infobildirir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib:

“Bu, sadəcə tövsiyə xarakterli çağırışlarla deyil, aydın mexanizmlər, daimi monitorinq və peşəkar dil redaktəsi sistemi ilə təmin olunmalıdır. Aparıcıların, şərhçilərin və ekspertlərin dil hazırlığına xüsusi önəm verilməlidir”.

Deputat hesab edir ki, zərurət yarandığı halda, maliyyə vəsaiti ayrılaraq onların xüsusi kurslara göndərilməsi, vaxtaşırı təlimlərdə iştirakının təmin edilməsi vacibdir:

“Bu, onların daha bilikli və hazırlıqlı olmasına xidmət edər. İctimai Televiziya bu sahədə digər televiziya kanalları üçün nümunə rolunu oynamalıdır. Çünki İctimai TV AZTV ilə birlikdə dilin, etik davranışın və mədəni təqdimatın standartlarını müəyyənləşdirən əsas platformalardan biri sayıla bilər.

Ümid edirəm ki, İctimai TV-nin Yayım Şurasının yeni və əvvəlki üzvləri, eləcə də Audiovizual Şura başda olmaqla, ümumilikdə televiziya sahəsində fəaliyyət göstərən qurumlar və şəxslər bu məsuliyyəti dərindən dərk edəcəklər. Azərbaycan dilinin televiziya məkanında qorunması və inkişafı üçün prinsipial mövqe ortaya qoyulacaq”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью