Televiziyada nələr yayımlanır? Statistika açıqlandı

13.10.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin üçüncü rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlanıb. 

News24.az Audiovizual Şuraya istinadla xəbər verir ki, Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin üçüncü rübü (iyul, avqust və sentyabr ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub: 

21,8 % - informasiya və analitik proqramlar

17,2 % - musiqi və əyləncəli proqramlar

15,9 % - idman proqramları

15,2 % - bədii filmlər və seriallar

10,0 % - reklam məzmunlu materiallar

  8,1 % - mədəni-maarif janrında proqramlar

  3,6 % - anonslar və elanlar

  3,3 % - sənədli film və materiallar

  2,3 % - sosial proqramlar

  1,4 % - sosial çarxlar

  1,2 % - uşaq proqramları və cizgi filmləri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью