Icma.az, Adelet.az portalına istinadən məlumat yayır. “Demək olar ki əksər meyxanalar, meyxanalı mahnılar narkomaniyanı və tüfeyli həyatı tə
Narkomaniya əleyhinə mübarizə aparılırsa bu təbliğatın qarşısı alınmalıdır.
Taksilərdə, kafelərdə, çayxana və qalyanxanalarda şüurlu şəkildə gənclərin beyninə bu mahnılarla kriminal aləm və narkomaniya yeridilir.
Gəncləri bu yolla təşviq edirlər”. Bunu Adalet.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, narkomaniya ilə mübarizə çərçivəsində maarifləndirmə o vaxt fayda verər ki, bütün bu təbliğatın qarşısı alınsın: “Hətta daha dəhşətlisi odur ki, bu cür mənfi xarakterli təbliğat efirlərə də ayaq açır, təbliğ olunur.
Nalayiq və narkomaniya aləminin jarqonları ilə zəngin söz yığınından ibarət meyxanaları hind və fars melodiyaları üstündə oxuyub cəmiyyəti mənəvi təhqirə məruz qoyurlar.
Pis vərdişlərin və sosial şəbəkələrdəki təhqir təlatümümün səbəblərindən biri də məhz bu amildir.
Hətta bu propaqanda o qədər dərinə işləyib ki, orta məktəb şagirdləri də bunun təsirindədir.