Baku.ws saytına istinadən Icma.az xəbər verir.
İyulun 29-da "Real" TV-nin "Media masası" verilişinin növbəti buraxılışı yayımlanacaq.
BAKU.WS-in məlumatına görə, veriliş saat 21:00-da təqdim olunacaq.
Proqramın qonaqları "Space" TV-nin baş direktoru Ayaz Mustafayev və Baku TV-nin icraçı direktoru Ramin Cəfərov olacaq.
Verilişdə televiziya məkanının problemləri, sosial şəbəkələrin televiziyanı üstələməsi və teleməkanın da qəzet kimi eyni sonluğu yaşaya biləcəyi ehtimalı müzakirə ediləcək.