“Televiziyaya baxanlar deyəcək ki, buna baxmışıq da...”

02.12.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin formatını dəyişmək lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

“Biz qısa müddət ərzində ard-arda seçkilər keçirməli olduq. Ona görə də bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin formatını dəyişək. Çünki televiziya kanallarına baxan insanlar deyəcək ki, buna baxmışıq da.

Bizim birgə tədbir keçirdiyimiz qurumların seçkilərlə bağlı məsuliyyəti var. Seçki Məcəlləsinin tələbinə görə, o qurumlar fərq qoymur ki, bu Prezident, parlament, yoxsa bələdiyyə seçkiləridir”.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью