Təlim təyyarəsi qəza edərək şəhərin küçələrindən birinə düşdü

28.11.2024

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təlim təyyarəsi qəza edərək şəhərin küçələrindən birinə düşdü

Ekvadorda təlim təyyarəsi şəhərin küçələrindən birinə düşərək qəza edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, La Libertad şəhərinin hərəkətli küçələrindən birinə düşən təyyarəsində olan kapitan Diana Estefaniaiz Solis və leytenant Xuan Andrés Pacheco Ramirez həyatını itirib.

Qəza nəticəsində yoldan keçən motosikletçi də yaralanıb. Ekvador Silahlı Qüvvələrinin yaydığı bəyanatda bütün hərbi və mülki personalın bu itkidən dərin kədər hissi keçirdiyi bildirilib.

Qəzanın səbəbləri araşdırılır. Xəsarət alan motosikletçinin səhhəti barədə ətraflı məlumat verilməyib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью