Təlim zamanı 2 tələbə pilot həlak oldu

09.07.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Kanadanın Manitoba əyalətində baş verən təyyarə qəzası faciə ilə nəticələnib.

News24.az Manset.az-a istinadən xəbər verir ki, Hannover bölgəsində iki tək mühərrikli kiçik təyyarə havada toqquşub. Kanada Kral Atlı Polisinin sözçüsü Melanie Roussel-in açıqlamasına görə, hadisə yerli vaxtla 08:45 radələrində baş verib.

Qəza nəticəsində hər iki təyyarədə olan tələbə pilotlar hadisə yerində ölüblər. Pilot məktəbinin direktoru Adam Penner bildirib ki, insident təlim uçuşu zamanı baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью