Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Azərbaycanda hərbi təlimlərə könüllü qoşulmaq mümkündürmü? Son günlər sosial şəbəkələrdə yayılan 420 manat ödəniş iddiaları bu mövzunu yenidən gündəmə gətirib. Hərbi ekspert mövcud mexanizmin necə işlədiyini açıqlayıb.
Hərbi təlimlərə könüllü qoşulmaq və bunun müqabilində 420 manat ödəniş almaqla bağlı yayılan məlumatlar ictimai maraq doğurub. Mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə Demokrat.az-a danışıb.
Ekspert bildirib ki, Azərbaycanda Müdafiə Nazirliyinin tətbiq etdiyi çağırış sistemi hazırda tam işlək vəziyyətdədir.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin hər qoşun növü üçün illik təlim planı əvvəlcədən hazırlanır.
"Təlimlər həmin plana uyğun keçirilir. Məsələn, raket-artilleriya qoşunlarında ilin müxtəlif dövrləri üçün təlimlər nəzərdə tutulur. Bəzi təlimlərdə həqiqi hərbi xidmətdə olanlar və çağırışçılar iştirak edir. Digər təlimlərə isə ehtiyatda olan şəxslərin müəyyən hissəsi cəlb olunur".
Heydər Mirzə qeyd edib ki, təlim vaxtı çatdıqda Müdafiə Nazirliyi və yerli çağırış qurumları ehtiyatda olan şəxslərə rəsmi çağırış göndərir.
Ekspert vurğulayıb ki, bu mexanizm dünyanın əksər ölkələrində tətbiq olunan sistemə uyğundur.
Onun sözlərinə görə, müharibə şəraitində isə fərqli yanaşmalar mövcuddur.
"Rusiya-Ukrayna müharibəsində daimi itkilər olduğu üçün könüllü şəkildə təlimə qatılmaq və sonradan döyüş bölgəsinə göndərilmək praktikası tətbiq edilir. Sülh şəraitində isə buna ehtiyac olmur".
Heydər Mirzə bildirib ki, Azərbaycanın mövcud sistemi ölkənin ehtiyaclarını qarşılamaq üçün kifayət edir.
"Ehtiyatda olan vətəndaş çağırış məntəqəsinə müraciət edərək keçiriləcək təlimlərdə iştirak etmək istədiyini bildirə bilər. Bunun qanunvericiliyə zidd tərəfi yoxdur".
Ekspert hesab edir ki, bunun üçün ayrıca könüllü qeydiyyat mexanizmi formalaşmayıb.
"Bununla belə, belə müraciət edən şəxsin adının növbəti çağırışlarda nəzərə alınması mümkündür. Hazırkı mexanizm isə dinc şəraitdə kifayət qədər effektiv işləyir", – deyə Heydər Mirzə əlavə edib.
Leyla Turan
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Hərbi təlimlərə könüllü qoşulmaq və bunun müqabilində 420 manat ödəniş almaqla bağlı yayılan məlumatlar ictimai maraq doğurub. Mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə Demokrat.az-a danışıb.