Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah”ın futbolçusu Tellur Mütəllimov Çempionlar Liqasında “Hapoel”ə (Beer-Şeva) qalib gəldikləri oyundan (5:2) sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 90+4-də vurduğu qolla oyunu əlavə vaxta aparan Tellur Mütəllimov bunları deyib:
“Hisslər çox gözəldir. Son dəqiqə qolu həmişə möhtəşəm olur. Oyunun əvvəlki hissələrində də uşaqlar çox çalışdılar. Fanatlara da təşəkkür edirəm. Onların dəstəyi bizi daha ruhlandırdı. Çox sevincliyik, tarix yazırıq. Kuboklar, çempionluqlar, indi də Çempionlar Liqasına düşmək… 2017-ci ildə yaranmış komandayıq. Qısa müddətdə bunları qazanmaq möhtəşəmdir.
“Çelsi”, “Real”, kim gəlir gəlsin, maksimum yaxşı nəticə üçün çalışacağıq. Fanatlara da səslənirəm, gəlib dəstək olsunlar, onlara ehtiyacımız var”.