“Təltif edildiyimə görə mənim üçün ikiqat bayramdır” Fadil Paşayev KONKRET | Icma.az
Icma.az bildirir, Konkret.az portalına istinadən. “Azərbaycanda hər il Mətbuat Günü çox təntənəli şəkildə qeyd edilir.
Bu il isə daha fərqlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın yaranmasının 150 illiyi ilə bağlı ayr
Bütün bunlar o deməkdir ki, dövlətimiz bu sahənin inkişafına xüsusi diqqət göstərir”.
KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev deyib.
Jurnalist bildirib ki, onun üçün ikiqat bayramdır: “Dövlət başçısının sərəncamı ilə Əməkdar jurnalist fəxri adı ilə təltif edilmişəm.
Bu, təkcə əməyimə, uzunmüddətli fəaliyyətimə qoyulan qiymət deyil, eləcə də bir ömürlük stimul, yoluma salan işıqdır.
Sevincimin həddi-hüdudu yoxdur. Dünəndən edilən zənglər, təbriklər məni çox təsirləndirib.
Bu fəxri ada layiq olduğumu xüsusi vurğulayanlara da ayrıca təşəkkür edirəm.
Tam oxu
Xəbəri oxu