Təltif olunanlar arasında onlar da var

05.11.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az xəbər verir ki, onlardan biri Əməkdar artist, tanınmış diktor, teleaparıcı və jurnalist Nailə İslamzadədir. 

Tanınmış teleaparıcı, media araşdırmaçısı və sənətşünas alim Elçin Əlibəyli hazırda Baku TV telekanalında müəllif və aparıcı kimi fəaliyyət göstərir.

Tanınmış teleaparıcı və aktrisa Mətanət Əliverdiyeva isə hazırda Xəzər TV-də çalışır. O, telekanalda yayımlanan populyar “Xəzər axşamı” verilişinin aparıcısıdır.

Təltif olunanlar arasında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) nəzdindəki Teleradio Akademiyasının rektoru Almaz Mahmud da var.

Şakir Eminbəyli tanınmış Azərbaycan media meneceri, jurnalist, sənət qalereyasının təsisçisi və ictimai xadimdir. O, əvvəllər AzTV-nin baş prodüseri, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi kimi çalışıb.

Əməkdar incəsənət xadimi, yazıçı və publisist Orxan Fikrətoğlu da təltif olunanlar arasındadır. O, hazırda mədəniyyət naziri Adil Kərimlinin müşaviri vəzifəsinə təyin olunub.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью