Təmas xətti qırıldı Sumqayıt Xırdalan Bakı qatarı gecikdi

07.07.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

"Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq ADY-dən bildirilib.

Qeyd olunub ki, qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью