Təmassız ödəniş qəbul edən POS terminalların sayı 62% artıb

10.12.2025

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 62% artıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 noyabr tarixinə bu cür POS-terminalların sayı 171 050 ədədə bərabər olub.

Ötən ilin eyni dövründə təmassız ödənişi qəbul edən POS-terminalların sayı isə 105 548 ədəd idi.

Qeyd edək ki, 1 noyabr 2025-ci il tarixinə ölkədə ümumilikdə 172 908 ədəd POS-terminal olub.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью