“Təmayül tədris modeli daha geniş tətbiq ediləcək”

15.09.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu tədris ili Azərbaycan təhsili üçün vacib olacaq”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, tədris ilində əsas bir neçə istiqamət üzrə işlər davam etdiriləcək: “Bu tədris ilində əsas istiqamətlərdən biri təmayüllü siniflərin fəaliyyətinin genişləndirilməsidir. Bu il 90 məktəbdə təmayüllü sinif modeli tətbiq ediləcək. Bu, müəyyən mənada valideynlərə dəstək olacaq və şagirdlərin daha yaxşı nəticələr göstərməsinə imkan verəcək. Nəticələr uğurlu olarsa, tam orta təhsil modelinə daha geniş şəkidə tətbiq edə bilərik. Bu zaman şagirdlər son iki ili təmayüllü siniflərdə oxuyacaqlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью