Təməl dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

02.12.2024

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib.
Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.
Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirməklə peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıclar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata keçirərək praktiki təcrübə qazanıblar.
Hərbi qulluqçular "Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vurublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью