Təmir işləri apararkən cərəyanın qurbanı oldu

25.03.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Beyləqan rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xaçınabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işləri apararkən onu cərəyan vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik xəttində aparılan iş zamanı təhlükəsizlik qaydalarının pozulması və ya texniki nasazlıq olub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью