Təmir olunan Xankəndi stadionunda son durum Video

07.09.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Xankəndi Şəhər Stadionunun əsaslı təmir işləri davam edir. 

QOL.az xəbər verir ki, bu barədə "Xankəndi" klubunun mətbuat xidməi məlumat yayıb.

Stadionda işlərin bu ay başa çatdırılması nəzərdə tutulub.

15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar yaradılıb. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью