Təmirdən sonra Nəbatat Bağına giriş neçəyədir?

05.12.2024

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Ötən həftə təmirdən sonra açılışı edilən Mərkəzi Nəbatat Bağına giriş qiymətləri dəyişməyib.

Bu barədə mətbuat nümayəndələri üçün Mərkəzi Nəbatat Bağına mediatur zamanı bildirilib.

Qeyd olunub ki, giriş qiymətləri hələ ki 2 manatdır və bu məbləğ 2013-cü ildə qəbul edilən qərara əsasən müəyyənləşib.

Onu da əlavə edək ki, bu gündən Mərkəzi Nəbatat Bağı vətəndaşlar üçün açılıb.

Bağın laboratoriya müdiri, botanik Asif Mehralıyev jurnalistlərə açıqlamasında bildirib ki, Mərkəzi Nəbatət Bağı ərazisinə abadlıq işləri çərçivəsində yeni 116 növ bitki gətirilib.

Onun sözlərinə görə, bu, çox böyük rəqəmdir. Bu bitkilər ölkənin hava temperaturuna uyğunlaşdırılıb, adaptasiya prosesindən keçib./Qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью