Təmirsiz vəziyyətdə olan məktəb binası FOTOLAR

15.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Qazax-Tovuz Regional Təhsil İdarəsi təmirsiz vəziyyətdə olan Şəmkir rayon uşaq-gənclər idman-şahmat məktəbinin Kür qəsəbəsində yerləşən köməkçi binası ilə bağlı məlumat yayıb.

Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, regional təhsil idarəsini əməkdaşları tərəfindən təhsil müəssisəsinə baxış keçirilib və məktəbin maddi-texniki bazasının möhkəmkəndirilməsi istiqamətində qiymətləndirmələr aparılır.

Qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir:

"Qazax-Tovuz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərimizdəndir. Son iki ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-də əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən tikilib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью