Milli.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin İstanbul şəhərində, məşhur Taksim meydanında lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az xəbər verir ki, küçə fotoqrafı ərazidə təmizlik işçisi kimi çalışan gənc xanıma yaxınlaşaraq onun fotolarını çəkmək istədiyini bildirib. Təklifi qəbul edən qadın iş geyimində kamera qarşısına keçib.
Gənc xanımın təbii gözəlliyi və fotolardakı görünüşü sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Paylaşılan kadrlar izləyicilər arasında geniş marağa səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)