Təmizlik şirkəti Wanda Naranı məhkəməyə verdi | Icma.az
Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təmizlik şirkəti Wanda Naranı məhkəməyə verdi Boşanma prosesində olan "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı Wanda Naranın Türkiyədə təmizlik işçilərinin pulunu ödəmədiyi ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son günlər tez-tez adı hallanan Wanda Naranın haqqında təmizlik işçilərinə maaş vermədiyi üçün istintaq prosesi başlanıb.
Türkiyədə yaşadığı müddətdə evini təmizləyən şirkət Naranı məhkəməyə verib.
Onun şirkətə olan 800 lirəlik borcu əsas gətirilərək istintaq prosesi başladılıb.
Faizləri də nəzərə alaraq Naranın ümumi borcu 938 lirə olaraq hesablanıb. Nara məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Faktla bağlı istintaq davam edir. Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını iz
Tam oxu
Xəbəri oxu