Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Minifutbol üzrə Azərbaycan millisinin oyunçusu Təmkin Xəlilzadə Bakıda keçirilən dünya çempionatında qalib olmaları haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları yazıb:
“Bunu bacardıq. Dünya çempionlarıyıq. İlk gündən son günə qədər bizə olan inancınız və sevginiz möhtəşəm idi. Allaha şükürlər olsun ki, bizə olan inamı doğrultduq”.