Təmkini ilə diqqət çəkən direktor bu məktəbə rəhbərlik edir VİDEO

15.10.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəbli forması ilə bağlı yaranmış mübahisə zamanı bir şagirdin atası ilə etdiyi təmkinli və peşəkar ünsiyyətə görə gündəmə gələn Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinin direktorudur. 

Adalet.az xəbər verir ki, o bu vəzifəyə 2024-cü ilin oktyabrında təyin edilib. 

Aygün Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2015-ci illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

Aygün Mikayılova özü də 132-134 nömrəli Təhsil Kompleksinin məzunu olub.

Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью