Temperatur 20 dərəcə DÜŞƏCƏK: XƏBƏRDARLIQ EDİLDİ

21.04.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

2025-ci il aprelin sonunda Qərbi Sibirin cənubunun sakinləri bir neçə günlük anomal isti havadan sonra kəskin soyuqla üzləşəcəklər. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand “İnterfaks”a müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Altayda havanın temperaturu +29…+31°C-yə çatıb, lakin həftənin sonuna kimi kəskin eniş +6…+8°C-yə – demək olar ki, 20-25°C aşağı düşəcəyi gözlənilir.

Bu kəskin dəyişiklik şimaldan bölgəyə soyuq hava gətirəcək antisiklonun hərəkəti ilə bağlıdır. Soyuqlar təkcə Altayda deyil, həm də Sibirin digər iri şəhərlərində: Krasnoyarsk, Abakan, Qızıl, İrkutsk, Çita və Ulan-Udedə də təsir göstərəcək.

Aqil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью