Temperatur 50 dərəcəni keçdi Dövlət idarələri bağlandı

05.08.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İraqda həddindən artıq isti hava şəraiti səbəbindən bir sıra əyalətlərdə dövlət idarələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, İraq mətbuatının yaydığı məlumata görə, havanın temperaturunun 50 dərəcəni keçəcəyi ilə bağlı xəbərdarlıqlardan sonra Bəsrə, Ziqar, Meysan, Kərbəla, Qadisiyyə, Babil və Vasit əyalətlərində rəsmi dövlət müəssisələrində iş bir günlük dayandırılıb.

Qubernatorluqlar qərarın dövlət qulluqçularını və vətəndaşları həddindən artıq isti havanın təsirlərindən qorumaq məqsədilə qəbul edildiyini açıqlayıb. Sezar pizza

Bildirilib ki, səhiyyə, təhlükəsizlik, elektrik enerjisi və digər həyati əhəmiyyət daşıyan xidmətləri göstərən qurumlar bu qərardan istisna olunub.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью